Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan startapçıları Gürcüstanda

Azərbaycan startapçıları Gürcüstanda

 

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ilk Texnologiyalar Parkında "Georgian-Azerbaijan Startup Forum"u keçirilir. Tədbirdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndələri və startapçıları iştirak edir

Forum çərçivəsində Gürcüstan və Azərbaycan respublikaları arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Həmçinin startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı fikir mübadiləsi aparılıb. 

Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə edib.

Nazirliyin dəstəyilə keçirilən tədbirdə Azərbaycan startapçıları aşağıdakı layihələri təqdim edib;

- “Omarov's Game Studio” - layihənin nümayəndələri Bakir Omarov və Mia Əliyeva
- “Spinal” - Arif Mövsümzadə
- “BuilDay” - Sadıx Hüseynov
- “Healthy Living Support Platform" - Şahlar Paşayev
- “VeloKuryer” - Tofiq Hidayətzadə
- “MyExcelWorld” - Aydın Əliyev
-“Trainer for Accountants” - Elnur Osmanov
- “My Baku Guide” - Murad Axundov
- “İRS Cizgi” - Anar Əkbərli

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam