Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan Rusiyada istixana və sanatoriya biznesinə sərmayə yatıracaq

 

 Azərbaycan Rusiyanın Stavropol diyarında istixana və sanatoriyaların inşasına 60 mln. dollardan çox sərmayə yatırmaq niyyətindədir.

 

Yenixeber.org: Bu barədə ötən gün Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda məlumat verilib.

Tədbirdə qeyd edilib ki, Azərbaycanla Stavropol arasında illik ticarət dövriyyəsinin həcmi təxminən 130 mln. dollar təşkil edir. Stavropolun qubernatoru Vladimir Vladimirov bildirib ki, bu göstəricini artırmaq olar: "Məsələn, Stavropol taxılının Azərbaycana tədarükünü ildə 3-4 mln. tona çatdırmaq olar. Biz həmçinin Azərbaycandan turist axınını da artırmaq istəyirik. Hazırda Azərbaycandan diyarı ildə 100 minədək insan səfər edir".

Tədbir çərçivəsində iki ölkənin biznes və hökumət nümayəndələri arasında görüşlər və dəyirmi masalar keçirilib. İştirakçılar sənaye, kənd təsərrüfatı, səhiyyə, əczaçılıq, turizm və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşməsini müzakirə ediblər.
Forum işini bu gün də davam etdirəcək.

Qeyd edək ki, Rusiya-Azərbaycan Regionlararası Forumu 2010-cu ildən təşkil olunur. 2016-cı ildə Forum Bakıda keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam