Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərəb Dövlətləri Liqası Fələstin dövlətinin beynəlxalq tanınmasını istəyir

 

Ərəb Dövlətləri Liqası Şurası Qahirədə XİN başçıları səviyyəsində keçirilən iclasının yekununda Fələstin dövlətinin 1967-ci il 4 iyun sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla beynəlxalq tanınmasına çağırıb.

 

 

 

 

Yenixeber.org:      Bununla yanaşı, ərəb ölkələri BMT Təhlükəsizlik Şurasından ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarına baxmasını xahiş etmək niyyətindədir. Ağ ev administrasiyasından isə bu qərarın ləğv olunması tələb edilib.

Yaxın Şərqdə ABŞ-ın ən yaxın tərəfdaşlarından olan Ər-Riyad da Vaşinqtonun Qüdsə dair qərarına yenidən baxmasını istəyir. Bunu Ərəb Dövlətləri Liqası Şurasının iclasında Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bəyan edib.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. O, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə hazırlıq görülməsi üçün Dövlət Departamentinə tapşırıq verib.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam