Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Həbs həyatı yaşayan milyarder şahzadənin– İlk müsahibəsi

 

Həbs həyatı yaşayan milyarder şahzadənin

 

Səudiyyə Ərəbistanı şahzadəsi, milyarder Valid ibn Təlal əs-Səud həbs edildiyi gündən bu yana ilk dəfə müsahibə verib

Yenixeber.org:   Müsahibəsində o, yaxın zamanlarda tam azad olunacağını bildirib. Şahzadə özü ilə yaxşı davranıldığını söyləyib.

İbn Təlalın hazırda “Rits Karlton” otelində saxlanıldığını bildirən agentlik ona nə qədər otağın verildiyini açıqlamayıb. Milyarderin özü isə yaşadığı həbs şəraitində əsasən vegeterian yeməklərlə qidalandığını söyləyib.

Hazırda şahzadənin otağında televizorun olduğu və onun əsasən biznes xəbərlərinə baxdığı bildirilib. İbn Təlala həmçinin idmanla məşğul olmağa izn verilib.

Milyarder müsahibəsində günahkar olmadığını da qeyd edib:

“Mənə qarşı heç bir ittiham irəli sürülməyib. Hökumətlə mənim aramda sadəcə bir neçə diskussiya var. Tezliklə, məni azad edəcəklər. Mən yenidən “Kingdom Holdinq” investisiya şirkətimin başına keçəcəyəm və hökumət aktivlərimi əlimdən almayacaq”.

Şahzadə onunla bağlı araşdırmanın 95%-nin sona çatdığını bildirib. O, araşdırmanın uzun müddət aparılmasının adının üzərindəki ləkənin tam təmizlənməsiylə əlaqədar olduğunu deyib.

Milyarder azad olunduqdan sonra Səudiyyə Ərəbistanında yaşamağa davam edəcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam