Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azadlıq” növbəti dəfə piket keçirdi

 

      Sentyabrın 10-da “Azadlıq” qəzetinin kollektivi “Qasid” mətbuat yayımı firmasının Bakıdakı mərkəzi ofisi qarşısında piket keçirib. Piketə səbəb “Qasid”in qəzetə olan borcunu ödəməməsidir.

    "Xeberinfo.com": Qəzet əməkdaşları firmadan redaksiyaya borcunu ödəməyi tələb ediblər. Firmanın redaksiyaya borcu artıq 70 min manata yaxındır.

  “Qasid”in direktoru Mirkazım Kazımov “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyevlə görüşüb və növbəti dəfə problemi həll edəcəyinə söz verib.

   Rahim Hacıyev isə “Azadliq.info”ya bildirib ki, “Qasid” rəhbərliyinin verdiyi vədlərə artıq inam qalmayıb. Buna görə də redaksiyaya olan borc qaytarılana qədər firmanın qarşısında aksiyanı davam etdirəcəklər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam