Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

“Nazirlər Kabineti qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

 

 

Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı uçub

 

 

Yenixeber.org: Bunu açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

 

A.Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin bu təhlükəli ərazidən çıxarılması olub: "Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı".

Nazirlər Kabinetinin Bayıl yamacındakı sürüşmə zonasındakı evlərlə bağlı yekun qərarına gəlincə, A.Şərifov qeyd edib ki, hələlik layihə işləri gedir: "Görək sürüşmə prosesi dayanacaqmı, sürüşmə prosesinin qarşısı necə alına bilər? Hələlik bir dəyişiklik yoxdur. Amma sürüşmə də yavaş-yavaş davam edir. Hələlik başqa heç nə demək mümkün deyil. Sürüşmə zonasındakı evlər də mühafizə olunur. İndidən 97 evin hamısının sökülüb-sökülməyəcəyi, sakinlərin hamısının köçürülüb-köçürülməyəcəyi ilə bağlı heç nə demək olmaz. Həm də 97 evi köçürmək xırda bir məsələ deyil axı..."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam