Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı sisteminin sxemini açıqlayıb

 

 

Yenixeber.org:  ABŞ-ın Yerevandakı səfirliyi Ermənistan vətəndaşlarının bu ölkəyə viza almaq üçün etdikləri dələduzluq sisteminin sxemini açıqlayıb.

 Ermənistan KİV-i xəbər verir ki, səfirliyin məlumatına əsasən, ABŞ vətəndaşı Stele Boyacyana və Ermənistan vətəndaşları - Diana Qriqroyan və Qraç Atoyana qarşı viza ilə bağlı dələduzluq ittihamı irəli sürülüb.

İttihama görə, onlar rüşvətlə Ermənistandan vətəndaşların qanunsuz yolla ABŞ-a çıxışını təşkil edirmişlər. Onlarda nadir hallarda verilən “R-3” tipli viza olub.

“Bu tip viza, adətən, Ermənistanın mədəni irsini ABŞ-da təqdim etmək üçün erməni sənətşünaslarına, mədəniyyət xadimlərinə, musiqiçilərinə və ifaçılarına verilir”, - deyə səfirlikdən bildirilib.

Onlar müraciət edənləri müsabiqə zamanı veriləcək suallara hansı cavabı verməklə bağlı təlimatlandırır, özlərini incəsənət adamı kimi təqdim etmələrini deyirmişlər. İttiham olunanlar Ermənistan vətəndaşlarını ABŞ-a mədəniyyət və incəsənət xadimi kimi aparırmışlar.

Stele Boyacyan və Qraç Atoyan mühakimə olunacaq Diana Qriqroyan barəsində isə axtarış elan edilib. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam