Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğan:"Türkiyə, Rusiya və İran Afrin əməliyyatında birgə iştirak edib"

 

 

 “Suriya xalqı yaşanılan böhranda və münaqişədə itirdi, qazananın kimlər olduğunu hamımız yaxşı bilirik”.

Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin keçirdiyi üçtərəfli birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Nə Suriyanın, nə də bölgəmizin gələcəyinin 3-5 terror qruplaşmasının əlində qalmasına icazə verməyəcəyik”, - Türkiyə lideri vurğulayıb.

“Suriyanın bütövlüyünün hər kəs tərəfindən tanınmasını istəyirik”, - H.Ruhani deyib. 

Rusiya Prezidenti üçtərəfli görüşün əhəmiyyətindən danışaraq qeyd edib: "Münaqişə başa çatdıqdan sonra Suriyanın infrastrukturu və sosial obyektlərin bərpasını birgə həyata keçirmək barədə razılığa gəlmişik".

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Suriyanın şimalına 160 min sakin geri qayıdıb: "Türkiyədəki suriyalı qaçqınlara 30 milyard dollar xərcləmişik. Ancaq Avropa İttifaqının bizə boyun olduğu 3 milyard dollardan hələ də bir xəbər yoxdur. Afrin əməliyyatında Rusiya və İran bizi dəstəkləyib. Bizim müdafiə nazirlərimiz, kəşfiyyat xidmətlərimiz və baş qərargah rəislərimiz bu əməliyyatda birgə iştirak edib". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam