Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycan dünya ölkələrinin hərbi güc reytinqində mövqeyini gücləndirib

 

 

Azərbaycan hərbi güc reytinqində 136 dövlət arasında 53-cü yeri tutur

 

Yenixeber.org: Bu barədə “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında bildirilir.

Başqa sözlə, Azərbaycan ötən illə müqayisədə (59-cu yer) mövqeyini möhkəmləndirib.

Reytinqə əsasən, Türkiyə ilk onluqda yer alaraq 9-cu, İran 13-cü, Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir.

Reytinqə ABŞ, Rusiya və Çin başçılıq edir.

Qeyd edək ki, Hərbi Gücün Qlobal İndeksi (Global Firepower Index) dünya dövlətlərinin hərbi gücünü hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayından asılı olaraq interqrallaşdırılmış göstəricilərlə qiymətləndirən reytinqdir.

Reytinq dövlətin adi silahlanması, eləcə də iqtisadi gücü, sərhədinin ölçüsü, özünütəmin etmək qabiliyyəti (neft kimi təbii ehtiyatlar), su mənbələrinə çıxış və s. kimi digər amillər əsasında hazırlanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam