Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakı-İstanbul aviareysində gecikmə olub

Bakı-İstanbul aviareysində gecikmə olub

 

Azərbaycanın aşağı büdcəli aviareysi olan "Buta Airways"in Bakı-İstanbul reysi təxirə salınıb

Yenixeber.org:  "J2 9103" reysi yerli vaxtla 07:45-də həyata keçirilməli imiş.

Məlumata görə, təxminən, bir saata qədər sərnişinlər salonda qaldıqdan sonra düşürülüb və onlara 09:30-da təşkil ediləcək reyslə İstanbula uçacaqlarını bildiriblər.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski açıqlamasında bildirib ki, təyyarə texniki səbəblərdən havaya qalxa bilməyib: "Hava gəmisinin kapitanı təyyarəni texniki səbəbdən dəyişməyi qərara alıb. Təxminən, 10 dəqiqədən sonra sərnişinlərin minişi başlayacaq və 09:30 üçün təyyarənin havaya qalxması gözlənilir".

Qeyd edək ki, "J2 9103" reysi "Embraer ERJ-190" təyyarələri ilə həyata keçirilir. Reyslər İstanbulun Sabiha Gökçen Hava Limanına həyata keçirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam