Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifələrə təyinatlar olub- EKSKLÜZİV

 

 

 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin edilmiş Samir Nuriyev Komitədə bir sıra kadr dəyişiklikləri həyata keçirib

 

Yenixeber.org:  Komitənin Aparat rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib.

O, indiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri vəzifəsində çalışıb və yeni vəzifəsində Ağamirzə Canmirzəyevi əvəz edib. Komitənin keçmiş aparat rəhbəri isə daha öncə çalışdığı və indiyə qədər vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.

Bundan başqa, Komitənin vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə isə Şahnaz Mustafayeva təyin edilib. O, indiyə qədər MİDA-nın Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin Komitənin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Bu vəzifənin icrası onun müavini Fəxri Aydəmirə həvalə olunub.

Xatırladaq ki, S.Nuriyev bundan əvvəl MİDA-nın İdarə Heyətinin sədri olub. Hazırda onun səlahiyyətlərini qurumun sədr müavini Sadiq Sadıqov icra edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam