Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ərdoğanın mühafizəsinə Zenit Raket Kompleksi əlavə olunub -FOTO

 

Yenixeber.org: Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddən sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mühafizəsinə raketdən müdafiə sistemi əlavə olunub. Məlumata görə, TC dövlət başçısının İstanbulda inşaatı bitmək üzrə olan Camlıca məscidinin ziyarəti zamanı ətrafda olan mühafizəçilərin əlində Daşınabilən Zenit Raket Kompleksi FIM-92 Stinger görünüb.

 

 

 

 

 

 

 

 

 

 

 

Xatırladaq ki, bir neçə gün öncə Karakasda çıxış edən Venesuela prezidenti Nikolas Maduroya dronlarla sui-qəsd olmuşdu. Venesuela XİN-in Mətbuat Xidməti ölkə prezidentinin Karakasda çıxışı zamanı baş verənlərin istintaqı barədə ilkin yekunları açıqlayıb. «İstintaq göstərir ki, bu sui-qəsdin planlaşdırıldığı yer – Amerikanın Florida ştatı və Kolumbiyanın paytaxtı Boqotadır… Prezidentə  pilotsuzun köməyi ilə sui-qəsdin təşkil edənlər  yüzlərlə insanı öldürə bilərdilər», - deyə məlumatda bildirilir. (FaktXeber.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam