Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycanlı hacıların ilk qrupu sabah Vətənə qayıdacaq

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların ilk qafiləsi sabah Vətənə qayıdacaq

 

Yenixeber.org: Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, hazırda hacıların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedir: “Hacıların səhhəti qənaətbəxşdir”.

QMİ rəsmisi qeyd edib ki, hacıları Azərbaycan gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05.00-da yola çıxması nəzərdə tutulur: “Sentyabrın 4-nə kimi bütün hacılar Vətənə qayıtmalıdır”.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam