Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tanınmış italyan şirkəti azərbaycanlı iş adamını məhkəməyə verib

Tanınmış italyan şirkəti azərbaycanlı iş adamını məhkəməyə verib.

 

Yenixeber.org: "Paghere Green Service Societa Agricola S.R.L" şirkəti Fərhad Əhmədov və onun şirkətinə qarşı iddia qaldırıb.

İddiada bildirilir ki, Fərhad Əhmədova məxsus "Baku Caspian Real Estates Limited" MMC - italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Qeyd olunur ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrak imzalayıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməlidir. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib və italyanları ərazidən çıxarıb.

Bununla bağlı "Paghere Green Service Societa Agricola S.R.L" şirkəti London Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb. Şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi vəkil Kamandar Nəsibov "Report"a deyib ki, cinayət tərkibi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək.

Qeyd edək ki, Fərhad Əhmədov Rusiyada yaşayır. O, "Rusiyanın ən varlı 200 biznesmeni" siyahısında 67-ci yerdə qərarlaşıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam