Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünyanın ən böyük aeroportu bu gün açılacaq-İstanbulda

 

Dünyanın ən böyük aeroportu bu gün açılacaq
Bu gün İstanbul Yeni Hava limanının açılışı olacaq.

 Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil edilən açılış mərasiminə dünyanın bir çox ölkəsindən dövlət və hökumət rəhbərləri qatılacaq.
Ümumi sahəsi 76.5 milyon kvadratmetr olan hava limanının ilk hissəsinin istifadə verilməsi üçün 6 milyard avro xərclənib. Hava limanının digər hissələri isə sərnişin daşımanın artıma uyğun olaraq 2023-cü ilə qədər tamamlanacaq.

Hava limanı tam olaraq inşa edildikdən sonra 6 müstəqil eniş-qalxış zolağı, 500 təyyarə tutumluq, 70 min avtomobillik açıq və qapalı avtoparkı və illik 200 milyon sərnişin daşıma qabiliyyətinə görə dünyanın ən böyük aeroportu olacaq.

İlk etapda günlük 5 qalxış və enişin olacağı hava limanında ölkə daxili uçuşlar 31 oktyabrdan başlanılacaq. İlk xarici səfər 1 noyabrda Şimali Kipr Türk Cümhuriyyətinə, 8 noyabrda isə Azərbaycana olacaq. İlin sonuna qədər havalimanından gündəlik 2 min təyyarə eniş-qalxış edə biləcək. Hava limanı 250 şirkətə xidmət edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam