Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Həmsədrlər cəbhənin Ağdam istiqamətinə baş çəkib, monitorinq keçiriblər -YENİLƏNİB

 

 

ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti(Fransa), İqor Popov (Rusiya), Endryu Şofer(ABŞ) oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının Ağdam rayonu istiqamətində yerləşən təmas xəttində keçirilən monitorinqdə iştirak ediblər. 

Yenixeber.org: Həmsədrlər monitorinqi Ermənistan silahlı qüvvələrinin işğal etdiyi və nəzarət olunan Azərbaycan ərazilərində aparıblar.

Diplomatlar qoşunların təmas xəttinə işğal altındakı Xankəndi şəhərindən gəliblər. 

Monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, Stefan Viskontinin şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şoferin şəxsi köməkçisi Devid Börnşteyn da iştirak ediblər. 


*** 12:13

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər. 

Müdafiə Nazirliyinin oktyabrın 30-da yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və onun şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şofer və onun şəxsi köməkçisi Devid Börnşteyn keçirəcəkdilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam