Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Dünyanın ən böyük hava limanından Bakıya ilk uçuş oldu- FOTO

 

Dünyanın ən böyük hava limanından Bakıya ilk uçuş oldu - FOTO

Oktyabrın 29-da açılışı olan İstanbul 3-cü hava limanından Bakıya ilk aviareys həyata keçirilib.

Yenixeber.org: Heydər Əliyev adına Beynəlxalq Hava Limanında enəcək “Boeing-737” tipli təyyarə İstanbuldan yerli vaxtla 9:30-da qalxıb.

Bakıya ilk səfər 121 sərnişinlə həyata keçirilib.

Qeyd edək ki, İstanbul 3-cü hava limanı dünyanın ən böyük hava limanı hesab olunur. 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə yatırılıb. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.

İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam