Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zurabişvili Qamsaxurdiyaya görə parlamentə müraciət etdi

 

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentə müraciət edərək, ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümünün tədqiqatının uzadılmasını xahiş edib.

Yenixeber.org: O, bununla bağlı parlamentə tapşırıq vermək səlahiyyətinin olmadığını anladığını, amma buna rəğmən Qamsaxurdiya ailəsinin bu məsələ ilə bağlı tələblərinə dəstək olduğunu bildirib.

Qeyd edək ki, Zviad Qamsaxurdiya 1993-cü ildə Cixaşkari kəndində müəmmalı şəraitdə ölüb. Gürcüstan hökumət rəsmilərinin həmin dövrdəki açıqlamalarına əsasən, Qamsaxurdiya intihar edib. 2015-ci ildə isə Gürcüstan Baş Prokurorluğu cinayət işində intihar maddəsini qətl maddəsi ilə əvəz edərək, tədqiqata yenidən başlayıb.

31 dekabrda cinayətin baş verməsindən 25 il keçəcək. Gürcüstan qanunvericiliyinə görə, bu qədər müddətdən sonra əgər Qamsaxurdiya ölümü ilə bağlı günahkar tapılsa belə, onu həbs etmək mümkün olmayacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam