Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaltmayacaq

 

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaltmayacaq
ABŞ-ın Əfqanıstandakı 14 minlik qoşununu azaltmaq niyyəti yoxdur.

Yenixeber.org: "Reuters” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri səlahiyyətlərinin icraçısı (Pentaqonun müvəqqəti rəhbəri) Patrik Şanahan Əfqanıstana elan olunmamış səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Amerikanın Əfqanıstandakı hərbi iştirakı məsələsi “Taliban” silahlı hərəkatı ilə aparılan danışıqların nəticəsindən və ölkədə sülhün bərqərar olmasından asılıdır.

“Əfqanıstanla bağlı sülh danışıqlarına əfqan hökumətinin də qatılması vacibdir. Əfqanıstanın gələcəyinin necə olacağına dair əfqanlar qərar verməlidir. Çünki burada söhbət ABŞ-dan yox, Əfqanıstandan gedir. ABŞ-ın bu regionda mühüm təhlükəsizlik maraqları var. Əfqanıstandakı hərbçilərimizin sayının azaldılması barədə hələ heç bir göstəriş almamışam. Hazırda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “Taliban”la danışıqlar aparır. Bizim buradakı hərbi iştirakımızla bağlı məsələ də bu danışıqların nəticəsindən asılı olaraq inkişaf edəcək” , - deyə Şanahan vurğulayıb.

Pentaqonun müvəqqəti rəhbəri onu da əlavə edib ki, Əfqanıstana səfərinin başlıca məqsədi buradakı vəziyyətlə elə yerindəcə tanış olmaq və daha sonra ABŞprezidenti Donald Trampa məruzə etməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam