Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?

Yeni 300 avtobusun gətirilməsi qarşıdakı aylarda reallaşacaq.

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli 2019-cu ilin sonunadək bütün avtobuslarda kart sisteminin tətbiq olunacağını açıqlayıb.

Maraqlıdır, hazırda xətdə olan avtobuslara validatorların quraşdırılmasına nə vaxt başlanacaq?

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, məsələ gündəmdədir:

“BNA-nın tələbi ilə daşıyıcıların gətirdiyi və hazırda xətdə olan avtobuslarda da validatorların quraşdırılması gündəmdədir. Bəzi texniki məsələlər həll edildikdən sonra validatorların mərhələləli şəkildə quraşdırılmasına başlanacaq”.

M.Ağayev qeyd edib ki, yeni 300 avtobusun gətirilməsi qarşıdakı aylarda reallaşacaq.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi uzunluğu 12 və 18 metr olan 300 yeni avtobusun gətirilməsi üçün Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətilə danışıqlar aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam