Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun müzakirədən çıxarıldı

 

Azərbaycanda gənc ailələr üçün bir sıra güzəştləri nəzərdə tutan “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi parlamentin gündəmindən çıxarılıb.

 

"Xeberinfo.com": Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

 

H.Rəcəbli qeyd edib ki, bu layihənin növbəti sessiyalarda da yenidən gündəliyə salınması gözlənilmir: “Bu sessiya hazırlayıb qəbul edəcəyimizi nəzərdə tutsaq da, müəyyən çatışmazlıqlar üzündən bu qanun qaldı və bir müddət müzakirəyə çıxarılması gözlənilmir".

 

Qeyd edək ki, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi ötən ildən hazırlanıb. Burada gənc ailələr üçün bir sıra güzəştlər, o cümlədən nikaha girənlərdən birinin ən azı icbari olaraq işlə təmin olunması və s. məsələlər nəzərdə tutulurdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam