Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ordumuz müharibəyə hazırdır -Müdafiə Nazirliyi

 

Azərbaycan Ordusu müharibəyə hazırdır - Müdafiə Nazirliyi
“Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır”.
Yenixeber.org: Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir.

Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu müharibəyə hazırdır”, - deyə polkovnik V.Dərgahlı bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam