Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Belçika qondarma “erməni soyqırımı”nı rədd edib

Belçika qondarma “erməni soyqırımı”nı rədd edib
2019-cu il aprelin 25-də Belçika Federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edilib. 

Yenixeber.org: Məlumata görə, iclasda qondarma “erməni soyqırımı”nın həmin  siyahıya daxil edilməsi səyləri uğursuzluqla nəticələnib.

Belə ki, fransızdilli DEFİ (Demokrat, Federalist və Müstəqillər) və CDH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi ötən gün Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib. 

Məsələyə münasibət bildirən Belçika ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə, yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, erməni soyqırımı ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.(ona) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam