Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

MŞ-dən seçkilərlə bağlı açıqlama

 

Azərbaycan Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparmaqdadır.

"Xeberinfo.com":  Bu məqsədlə MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai rayonunun seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar. Hansı neqativ cəhət qeydə alınmayıb. 

Mətbuat Şurasının «qaynar xətt» rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon, (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri də saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır. Saat 14-dək səsvermə prosesini işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb. 

Qeyd edək ki, «qaynar xətt» rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam