Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərbaycanın təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı konfrans

 

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə ulu öndərin 96-cı ildönümünə həsr olunan “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.

Yenixeber.org:  Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Tədbirdə Azərbaycan Ali Hərbi Məktəbinin zabit, professor və müəllim heyəti ilə yanaşı Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndələri də iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçıları hərbi məktəbin muzeyi, İdeoloji mərkəzi, eləcə də təhsil müəssisəsində çap olunan tədris vəsaitlərinin sərgisi ilə tanış olublar.

Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam