Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Naxçıvan Qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib(FOTO)

Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti təlim-metodiki toplantı keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıya cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, gecə şəraitində sürücülük və atəş bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər. Dörd gün davam edən toplantının sonunda tabor, divizion komandirləri və onların müavinlərinə döyüş atışlı tabor taktiki təliminin planlanması, hazırlanması, keçirilməsi, təlim zamanı bölmələrin və atəşin idarə edilməsi metodikası praktiki olaraq göstərilib.

 

 

Təlimdə yaranmış əməliyyat şəraitinə əsasən, motoatıcı taborun düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçərək şərti düşməni məhv etməsi praktiki yerinə yetirilib. Piyadaların döyüş maşınlarının, top və minaatanların, tank əleyhinə qurğuların, müasir idarəetmə vasitələrinin də cəlb edildiyi təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam