Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Metroda niyə sərnişin sıxlığı yaranıb? (AÇIQLAMA)

Metroda niyə sərnişin sıxlığı yaranıb? (AÇIQLAMA)
Son iki gün ərzində "Bakı Metropoliteni”nin stansiyalarında və qatarlarda sərnişin sıxlığı pik həddə çatıb. Eyni zamanda, bu gün stansiyalardakı qatarın istiqamətini göstərən elektron lövhələr də işləmir. Nəticədə sərnişinlər qatara minib-minməməkdə tərəddüd edirlər.
Yenixeber.org: "Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiqləyib:
"Son iki gündür özüm də metroda sərnişin sıxlığını müşahidə edirəm. Bunun da adətən iki səbəbi olur: ya sərnişin çoxdur, ya da qatarlararası interval çoxdur. Maraqlıdır ki, bu günlərdə ölkə əhəmiyyətli tədbirlər də yoxdur ki, avtobusların hərəkət istiqamətinin dəyişməsi səbəbindən baş verdiyini düşünək. Adi iş günlərdə orta hesabla 600 mindən çox sərniş metrodan istifadə edir. Dünən və bu gün gözlə görünən say həmişəkindən çox olduğunu deməyə əsas verir. Xüsusilə "28 May”, "Koroğlu”, "Neftçilər” stansiyalarında sıxlıq daha çoxdur”.
B.Məmmədov qeyd edib ki, elektron lövhələrin işləməməsi texniki səbəbdəndir və yaxın saatlarda bərpa olunacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam