Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Miqrasiya xidməti "Elektron hökumət" portalında

 

Dövlət Miqrasiya Xidməti (DMX) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində DMX-nin aşağıdakı 9 elektron xidməti "Elektron hökumət” portalına inteqrasiya olunub.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə cümə günü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaydığı məlumatda deyilir.

 

Məlumatda bildirilir ki, portalda elektron formada DMX-nin aşağıdakı xidmətlərindən istifadə etmək mümkün olacaq: vətəndaşlığın əldə edilməsi, onun bərpa edilməsi, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması, daimi yaşamaq üçün icazə, əmək fəaliyyəti müddətinin uzadılması, əmək fəaliyyəti üçün icazə, miqrasiya orqanlarına qulluğa qəbul, müvəqqəti yaşamaq üçün icazə, onlayn ödəmə.

 

Beləliklə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə DMX üzrə təsdiq edilən 11 e-xidmətin 10-u portala inteqrasiya edilib.

 

İstifadəçilər müraciətlərinin məzmununa uyğun olaraq seçim etməklə bu xidmətlərdən asanlıqla yararlana bilərlər. Bunun üçün portalda autentifikasiyadan keçərək, "Elektron Xidmətlər" bölməsini qeyd edib, DMX-nin müvafiq xidmətini seçmək lazımdır. Açılan səhifədə bu xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı, həmçinin PDF formatında müraciət formaları yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam