Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Girovlarımız qaytarıla bilər

 

"7 beynəlxalq təşkilatdan girovlarla bağlı müraciətə cavab gəlib"

"Xeberinfo.com":   "Prezidentin tapşırığı ilə dünyanın 7 beynəlxalq təşkilatına girovlarla bağlı məktub göndərmişəm. Azərbaycan hökuməti adından BMT-nin baş katibi, Avropa Şurasının baş katibi, Avropa İttifaqı, ATƏT-in prezidenti, BQXK, BMT-nin qaçqınlar üzrə ali kommisarına müraciətələr ünvanlanıb". 
Məlumata görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. 
Onun sözlərinə görə, artıq müraciətlərin yeddisinə də cavab gəlib. Ə.Həsənov bəzilərinin məsələyə formal yanaşdığını desə də, bəzilərinin obyektiv yanaşdığını, hətta üzr istədiyini deyib. 
"Mən bunlar bu yaxınlarda mətbuata verəcəm ki, dərc olunsun. İctimaiyyət də görsün ki, beynəxalq təşkilatar nə ilə məşğudur. Əgər belə bir məsələyə beynəlxalq təşkilat biganə yaraşırsa, ən yaxşı halda üzr istəyirsə o kimə lazımdır?".
Komitə sədri beynəxalq təşkilatların öz funksiyalarını yerinə yetirməməsindən, ya icra etməməsindən, ya da etmək istəmədiklərindən təssüfləndiyini də qeyd edib. 
Baş nazirin müavini prezidentin də bu məsələ ilə bağlı mütəmadi olaraq maraqlandığını deyib. Ə.Həsənov Ramil Səfərovu ölkəyə gətirən prezidentin girovları da, öz torpağımızda azad edəcəyinə əmin olduğunu deyib. 
"O torpaqlar bizimdir. Bundan əlavə Azərbaycan Avropa Şurası, Avropa məhkəməsinə müraciət etmək üçün sənədlər hazırlayıb. Burada da fikir ayrılıqları var. Belə ki, bəzi hüquqşünaslar deyir biz müraciətlə bu Xankəndində olan məhkəməni tanımış oluruq. Ancaq mən hesab edirəm ki, bu qeyri-adi vəziyyət olduğu və heç bir beynəlxalq qanunvericilik, konvensiya bu şəraitə uyğun gəlmədiyi üçün bu yanaşmalar düzgün deyil. Biz müraciyətimizi, tələbimizi etməliyik. Xankəndi,Şuşa öz torpağımızdır. Ancaq bu vəhşiliyi onlar törədiblər biz sakit durmamalıyıq. Hüquqi baxımdan bütün addımlar atılacaq. Hətta indi mən tapşırıq vermişəm ekstradisiya məsələsini də götür-qoy edirik. Nə üçün onlar orda qalmalıdır?".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam