Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlham Səfərovdan “Mediaforum”la bağlı açıqlama

 

“İnternyus Azərbaycan” İctimai Birliyinin rəhbəri İlham Səfərov “Media forum” saytının fəaliyyətini dayandırması məsələsinə münasibət bildirib. 
"Xeberinfo.com":  Məlumata görə, İ. Səfərov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, bank hesablarının açılmasına ümid edirlər: ”Bizdə təkcə “Media forum” deyil, digər başqa layihələr də var. Eyni zamanda hesab açılandan sonra işçilərin əməkhaqqı problemi də həllini tapacaq, bundan sonra işimizi bərpa edəcəyik. ”.

Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo” "Mediaforum" saytının bağlanması haqda açıqlama yaymışdı. Həmin məlumatda həmçinin işçilərin maaş almadığı qeyd olunmuşdu. Lakin layihə rəhbəri İlham Səfərov AzNews.az-a açıqlamasında bildirmişdi ki, saytın bağlanması ilə bağlı yayımlanan xəbər boş söhbətdir və bu cür məlumatları sayta qarşı təxribat olduğunu da istisna etmir.

İ. Səfərov qeyd olunan açıqlamada təxribat məsələsi fikrinə də münasibət bildirib. 

“Mən elə söz deməmişəm. Qeyd etmişdim ki, bu yaxınlarda hesab açılmalıdır. O zaman hesablar bağlananda bizə demişdilər ki, problem həll olunacaq. Ümumiyyətlə isə, mən təxribat sözünü işlədən deyiləm, belə bir şey ola bilməz”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam