Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vyanada - İranın nüvə proqramı ilə bağlı fövqəladə toplantı keçiriləcək

İyulun 28-də Avstriyanın paytaxtı Vyanada İranın nüvə məsələsi ilə bağlı razılaşmaya dair fövqəladə toplantı keçiriləcək.

Yenixeber.org: Toplantıya ABŞ istisna olmaqla, Avropa İttifaqı, Almaniya, Böyük Britaniya, Rusiya və Çinin rəsmi təmsilçiləri qatılacaq.

İclasda Avropa İttifaqını xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini təmsil edəcək.

Toplantıya Avropa İttifaqının xarici əlaqələr xidmətinin baş katibi Helqa Mariya Şmid sədrlik edəcək.

Yığıncaqda 2015-ci ilin iyulunda “altılıq” ölkələri və Avropa İttifaqı ilə İran arasında imzalanmış Əhatəli Razılaşma Planı müqaviləsi ətrafında yaranmış böhrandan çıxış yolları müzakirə ediləcək. 

Qeyd edək ki, ABŞ bu müqavilədən çıxıb. İran da beynəlxalq vasitəçiləri anlaşmanı tərk edəcəyi ilə hədələyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam