Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Anjey Kaspişik - Dağlıq Qarabağa gəlib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Yenixeber.org:  O, Xankəndidə separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. 

Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyət müzakirə olunub. A.Kaspişik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhə xəttində keçirilən monitorinqlərə toxunub.

Qeyd edək ki, bu gün Goranboy rayonu ərazisində yerləşən qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək. 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparacaqlar. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçirəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam