Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya aviaşirkəti Sankt-Peterburqdan - Bakıya reyslər həyata keçirəcək

Rusiyanın "Smartavia" aviaşirkəti (əvvəlki adı "Nordavia") Sankt-Peterburq-Bakı və əks marşrutla Azərbaycan istiqamətində yeni reyslərə start verir. Uçuşlar 25 iyul - 26 oktyabr aralığında yay naviqasiyası çərçivəsində planlaşdırılıb.

Yenixeber.org: Bu barədə aviaşirkətin rəsmi saytında açıqlama verilib.

Pulkovo hava limanından Bakıya uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri, ekonom sinif salonlu "Boeing737-700" təyyarələrində yerinə yetiriləcək.

Səyahət müddəti 3 saat 35 dəqiqə təşkil edir. Uçuş zamanı sərnişinlərə isti yemək, sərinləşdirici içkilər, çay və qəhvə təklif ediləcək.

Sankt-Peterburqdan Bakıya ilk reys bu gün yerli vaxtla 16:25-də, Bakıdan Sankt-Peterburqa isə 21:45-də yerinə yetiriləcək. Biletlərin qiyməti 8830 rubldan (Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsi ilə 237,5 manatdan) başlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam