Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Penatqon Asiyada - raket yerləşdirməkdə maraqlıdır

Pentaqon rəhbəri Mark Esper yeni raketlərinin tezliklə Asiyada yerləşdirməsinə tərəfdar olduqlarını bildirib.

Yenixeber.org: Bunu Pentaqon rəhbəri ABŞ ilə Rusiya arasında Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsinin dayandırılmasından sonra ertəsi gün Avstraliyaya səfərə gedərkən bildirib.

“Biz həmin vasitələri gec yox, tezliklə yerləşdirmək istərdik. Çünki çox böyük məsafələri örtməliyik və Asiya, Hindistan – Pasifik regionu üçün orta mənzilli ənənəvi silahlar son dərəcə mühümdür”, – M.Esper deyib.

Pentaqonun yaxın bir neçə ay ərzində adıçəkilən regionda yerləşdirmək üçün alçaq uçan və 620 milədək mənzilli və 1800-2500 milədək mənzilli ballistik olmaqla iki növ raketləri sınaqdan keçirməyi nəzərdə tutduğu bildirilir. Bu məsələ M.Esperin dövlət katibi Maykl Pompeo ilə birlikdə Avstraliya, Yaponiya, Cənubi Koreyaya səfərinin gündəmində mühüm yer tutur.

Xatırladaq ki, ABŞ ötən həftə hələ 1987-ci ildə imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsindən Rusiya tərəfinin əməl etməməsini əsas gətirməklə çəkildiyini bildirmiş, Rusiya da avqustun 2-də bu müqavilədə iştirakını rəsmi olaraq dayandırdığını açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam