Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Görünür texnika da öhdəsindən gələ bilmir" -İtkin pilot 14 gündür niyə tapılmır?

 

İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevdən artıq 14 gündür ki, xəbər yoxdur. 

Yenixeber.org: Rəşad Atakişiyevin qaynatası olan politoloq Qabil Hüseynli saytımıza açıqlamasında hava şəraitinə baxmayaraq pilotun axtarışlarının davam etdiyini deyib:

“Dənizdə güclü dalğaların olmasına baxmayaraq, axtarışlar davam edir. Dünən mən özüm də şəxsən orda olmuşam. Türkiyədən gələn dalğıclar da sürətli işləyirlər. Axtarışlar bir an olsun dayanmır. 

Düşmə yerinin bilinməməsi, radarlardan itməsi onun tapılmamasının əsas səbəbidir. Müxtəlif texniki məlumatlara və onlarla birgə qalxan təyyarəçilərin məlumatlarına əsasən onun yerini müəyyənləşdirməyə çalışırlar. 

Dənizin dibi qayalıqdır, çox mürəkkəb dəniz şəraiti var. Xəzər dənizinin bu qədər şıltaq və dalğalı olduğunu bilmirdim. Üzü Nabrana getdikcə dəniz çox təhlükəli hal alır. Görünür texnika da öhdəsindən gələ bilmir. Amma mən ümidvaram ki, qara qutunu da, pilotu da tapacaqlar. Pilotun nəşini də tapacaqlar, işi sona yetirəcəklər".(yenisabah)

Sabrina


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam