Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə MN Azərbaycanın qəzaya uğramış "MiQ-29" təyyarəsinin - yeni tapılmış hissələrinin görüntülərini yayıb

Türkiyə MN Azərbaycanın qəzaya uğramış "MiQ-29" təyyarəsinin yeni tapılmış hissələrinin görüntülərini yayıb


Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış "MiQ - 29" təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntülərini yayıb. 


Yenixeber.org: Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinə aid yeni hissələr tapılıb və hava şərtlərinə uyğun olaraq pilotun nəşinin və təyyarənin "qara qutu"sunun axtarışları davam etdirlir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam