Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rəsmi Bakı Qarabağa səfər edən deputatı “təlxək” adlandırdı

Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib. Qondarma “Qarabağ Respublikası”nın rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib.

 

Yenixeber.org:  Onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb. Martin Zonneborn 1954-cü il mayın 15-də Almaniyanın Hettingen şəhərində anadan olub. O 2000-2005-ci illərdə “Titanic” satirik jurnalının baş redaktoru olub.

 Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva saytımıza açıqlamasında bildirib ki, bu deputat ötən il XİN-in “qara siyahı”sına daxil edilib:

 “Qeyd etmək istərdim ki, Avropa Parlamentinin Avropadan olan marginal üzvü, həmçinin, kloun (təlxək) siyasətçi kimi tanınan Martin Zonneborn hələ ötən ilin avqustunda ölkəmizin işğal olunmuş  Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər edib. İcazəsiz səfərə görə  onun adı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş əcnəbi vətəndaşlar siyahısına daxil edilib”.

“Hazırda da bu deputatın adı XİN-nin "qara siyahısındadır”-deyə XİN  rəsmisi əlavə edib. (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam