Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dariqa Nazarbayeva - Mehriban Əliyevanı təbrik edib

Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Arif qızı Əliyevaya təbrik məktubu ünvanlayıb. 

Yenixeber.org: Təbrik mətnində deyilir: 

"Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq və insani keyfiyyətləriniz, böyük idarəçilik və siyasi təcrübəniz Sizə təkcə öz ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli nüfuz qazandırıb.

Qazaxıstanda Sizi xeyirxah qardaşlıq və mənəvi birlik ənənələrinə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyır və hörmət edirlər.

Bizim aramızda formalaşmış etimadı və qarşılıqlı ehtiramı yüksək qiymətləndirirəm.

Əminəm ki, ölkələrimizin konstruktiv əməkdaşlığı Sizin köməyinizlə qardaş xalqlarımızın tərəqqisi naminə bundan sonra da məhsuldar inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam