Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

FHN azyaşlılarla bağlı - əhaliyə müraciət edib

FHN azyaşlılarla bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
Yenixeber.org:  FHN-dən verilən məlumata görə, müraciətdə son dövrlər Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə bağlı qapı arxasında və liftdə qalmaları barədə daxil olan əməliyyat məlumatlarının sayının artdığının müşahidə edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, cari ilin iyul və avqust aylarında qaynar xəttə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

“Belə hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam