Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan ordusunun -polkovniki döyülüb

Ermənistan ordusunun polkovniki döyülüb
Ermənistanın Vayotsdzor əyalətinin qubernator köməkçisi Arutyun Qriqoryan ordu zabiti, polkovnik-leytenant Ara Qriqoryana ağır xəsarət yetirdiyi üçün həbs olunub.
Yenixeber.org:   Bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan məlumat verib. O bildirib ki, sentyabrın 18-də gecə saatlarında baş vermiş hadisə ilə əlaqədar qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Abramyanın sözlərinə görə, prokurorluğun nəzarəti altında hadisənin aydınlaşdırılması, hüquqi qiymət verilməsi üçün tam, obyektiv və hərtərəfli araşdırma aparılır.

"Qubernatorun özünün də hadisədə mümkün iştirakı tam olaraq yoxlanılır", - deyə Abramyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl erməni KİV-ləri Qriqoryanın döyülməsində qubernator Trdat Sarkisyanın iştirak etdiyini yazırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam