Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya bu ölkələrin borcunu sildi-20 milyardlıq

 

“Rusiya Afrika ölkələrinin ümumi 20 milyard dolları keçən borcunu silib və üstəlik, bu qitəyə olan ticarət dövriyyəsini yaxın 5 ildə 2 dəfə artırmaq niyyətindədir”.

Yenixeber.org: Bu barədə prezident Vladimir Putin Soçidə keçirilən “Rusiya-Afrika” sammitində bəyan edib.

Onun sözlərinə görə, ölkəsi Afrika ölkələrinin borc yükünü azaltmaq üçün onlara ticari preferensiyalar (üstünlüklər) bəxş edir və milli layihələrin maliyyələşdirilməsi proqramlarını işləyib, hazırlayır.

Kremlin sahibi Rusiya və Afrika arasındakı qarşılıqlı münasibətlərin ən başlıca sahəsinin yüksək kadrların hazırlanması olduğunu deyib. Vladimir Putin hələ ötən əsrin 80-ci illərinin sonlarında keçmiş SSRİ-də Afrikadan gələn yarım milyon tələbənin oxuduğunu xatırladıb. 

Hazırda isə “Qara qitə”dən 17 min tələbə Rusiya universitetlərində təhsil alırlar. Prezident onlardan 4 mininin dövlət büdcəsi hesabına maliyyələşdirildiyini bildirib.

Rusiya lideri Afrikaya ildə 15 milyard dollarlıq silah, 25 milyard dollarlıq kənd təsərrüfatı məhsulları satdıqlarını vurğulayıb.

O, Afrika ölkələri ilə ticarətdə öz ölkəsinin xeyrinə 17 milyard dollarlıq saldoya (20 milyard dollar ixracat-3 milyard dollar idxalat) diqqət çəkib və ötən il bölgə ilə bağlı ümumi ticarət dövriyyəsini birdən-birə 17,2% artırdıqlarını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam