Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda- hərbi xidmətə çağırış üzrə Tibbi Komissiyanı yaratmaq mümkün olmur

 

Ermənistanda Müdafiə və Səhiyyə nazirikləri arasında Mərkəzi Tibbi Komissiyanın tərkibinin formalaşdırılması ilə bağlı fikir ayırlığı yaranıb.

Yenixeber.org: Bunu müdafiə nazirinin müavini Qabriel Balayan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, dekabrın 16-da həqiqi hərbi xidmətə növbəti çağırış başlayacaq: “Biz Səhiyyə Nazirliyindəki həmkarlarımıza ötən ildən fərqli olaraq bu il Tibbi Komissiyaya səhiyyə nazirinin müavininin sədrlik etməsini təklif etmişik”.

Ancaq iclada iştirak edən səhiyyə nazirinin müavini Anait Avanesyan bildirib ki, komissiyanın tərkibi ilə bağlı nazirliyin şərtləri var: “Şifahi müzakirə uyğun layihənin razılaşdırılması demək deyil. Bu tərkibdən biz ciddi şəkildə ehtiyat edirik və ona razılıq verməyə hazırlaşmırıq”.

Ermənistanın baş naziri Nikol Paşinyan bildlirib ki, iki nazirlik problemi öz aralarında həll etsin və çağırışla bağlı layihə Tibbi Komissiya maddəsi olmadam qəbul edilsin.

Layihəyə əsasən, komissiyanın sədri vəzifəsinə səhiyyə nazirinin müavini Akop Akopyanın, sədrin müavini postuna həkim Qarik Sarkisyanın, Səhiyyə Nazirliyinin nümayəndəsi Ovik Balyanın namizədlikləri irəli sürülüb. Komissiyaya 2 terapevt, 2 kardioloq, nevropatoloq, dermatoloq, 2 cərrah, 2 travmatoloq, 2 oftalmoloq və 2 psixiatr daxil edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam