Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya telekanalları Mehriban Əliyevanın səfərindən reportajlar yayımlayıb

 

Rusiya telekanalları Mehriban Əliyevanın səfərindən reportajlar yayımlayıb
Rusiya telekanalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfəri barədə reportajlar yayımlayıb.
Yenixeber.org: Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər proqramının zəngin olduğu vurğulanıb. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını Rusiya Hökumətinin Sədri Dmitri Medvedevə çatdırıb.

Vurğulanıb ki, Birinci vitse-prezident X Rusiya-Azərbaycan Regionlararası Forumunda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak edəcək. Pavilyon kompleksin 80 illiyi münasibətilə yenidən bərpa edilib.

“Rossiya-24” telekanalında yayımlanan reportajda bildirilib ki, Dmitri Medvedevin Mehriban Əliyeva ilə görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

“Rossiya-1” kanalında yayımlanan reportajda da görüş barədə geniş məlumat verilib.

Həmçinin Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi səfər çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə də tanış olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq 17 ildir Azərbaycanda Gimnastika Federasiyasının prezidentidir. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam