Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Elmar Məmmədyarov - İsrailin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

 

Yenixeber.org: XİN-dən verilən məlumata görə, nazir Elmar Məmmədyarov İsrailin ölkəmizdəki səfiri Corc Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

 

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

 

Səfir Corc Dik etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. 

 

Səfir Corc Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

 

Nazir Elmar Məmmədyarov səfir Corc Dik diplomatik fəaliyyətində uğurlar arzu edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam