Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Freedom house”u ermənilər maliyyələşdirir

 

"“Freedom house” təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır. Amma bu, heç vaxt baş tutmayıb. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni var"

"Xeberinfo.com":  Məlumata görə, bunu açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. 
YAP-çı deputat sözügedən təşkilatın Azərbaycan əleyhinə yaydığı bəyanata münasibət bildirərək qeyd edib ki, “Freedom house” təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir:
“Ona görə də bu təşkilatın hər hansı bir ölkə haqqında verdiyi şərhlər artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Çünki bu qeyri-obyektiv bir təşkilatdır. Ona görə də bu qeyri-hökumət təşkilatının belə bir bəyanat verməsinin heç bir əhəmiyyəti yoxdur”. 
Qeyd edək ki, “Freedom house”nin bu gün yaydığı bəyanatda bildirilib ki, Azərbaycan azad olmayan ölkələr sırasına daxildir.(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam