Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyədə 6 sualtı qayıq istifadəyə veriləcək

Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verməyi planlaşdırır.

Yenixeber.org: RİA Novosti xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Gölcükdəki gəmiqayırma zavodunda “Piri Reis” sualtı qayığının dənizə buraxılması mərasimində çıxış edən Ərdoğan 2022-ci ildən Türkiyə Hərbi Dəniz Qüvvələrinə hər il bir sualtı qayıq təhvil veriləcəyini və ümumilikdə 6 sualtı qayıq tikiləcəyini bildirib.

Bu gün istifadəyə verilən “Piri Reis” sualtı qayığının kütləsi 1850 ton, uzunluğu 68,3 metr, eni 6,3 metrdir. Qayığın komanda heyəti 40 nəfərdir.

Hazırda istehsal mərhələsində olan “Hızır Reis” qayığı isə 2022-ci ildə suya buraxılacaq.

Tikintisi davam edən üçüncü və dördüncü sualtı qayıqlar yüksək manevr qabiliyyətinə və uzun müddət su altında qalmaq imkanlarına malik olacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam