Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğan təcili toplantı keçirdi-Generalın qətlindən sonra

 

Ərdoğan generalın qətlindən sonra təcili toplantı keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı generalın öldürülməsindən sonra bölgədə baş verən gərginliklə bağlı fövqəladə toplantı keçirib.

Yenixeber.org: Anadolu Agentliyinin verdiyi xəbərə görə, təhlükəsizlik məqsədi ilə Prezidentin Dolmabağçadakı iş ofisində keçirilən iclas 3 saat davam edib. 

R.Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasa Prezidentin köməkçisi Fuad Oqtay, Ədalət və İnkişaf Partiyasının sədr müavini Mahir Ünal, partiyanın sözçüsü Ömər Çəlik, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın iştirak edib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani bu gün ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam