Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Daha 8 DSK-nın qərarı ləğv olundu –Namizədlər qeydə alındı

 

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) indiyə qədər dairə seçki komissiyalarının (DSK) qərarını ləğv edərək deputatlığa namizədliyini qeydə aldığı şəxslərin sayı məlum olub.

Yenixeber.org: MSK ötən dövr ərzində DSK-ların 8 qərarını ləğv edib və 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, MSK-nın son iclasına qədər daxil olan 27 şikayətdən 7-i barədə müsbət qərar verilmiş və 7 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdı.

MSK-nın yanvarın 19-da keçirilən son iclasında deputatlığa namizədliyin qeydə alınmaması ilə bağlı DSK-ların qərarlarından şikayətlə bağlı 9 müraciətə baxılıb və yalnız 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun şikayəti təmin edilərək, deputatlığa namizədliyi qeydə alınıb.

Beləliklə, ötən dövrdə MSK-ya deputatlığa namizədliyin qeydə alınmaması ilə bağlı DSK-ların 36 qərarından şikayət daxil olub və onlardan 8-i təmin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam