Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AZAL Bakı- Tehran reysini məhdudlaşdırdı

 
Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və İrandan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.

Yenixeber.org:  Bu barədə AZAL məlumat yayıb.
Məlumatda bildirilib ki, bu gündən aviaşirkətin aşağıbüdcəli törəməsi "Buta Airways"in Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq. Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - [email protected] ilə əlaqə saxlaya bilər.

Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam