Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Səfirlik İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi

 

 

Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib.

Yenixeber.org: Səfirliyin müraciətində qeyd olunub:

“İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaqdır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam